Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
07.12.2023 12:12 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri“ şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Ae Herbiq tipli HD190073 ulduzunun 2015-ci ildə alınmış spektral müşahidə materialının təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda qeyri-adi Ae Herbig tipli V1295 Aql ulduzunda 2015-ci ildə aparılan uzunmüddətli spektral müşahidələr zamanı ulduzun spektrinin bir sıra yeni xüsusiyyətlərinin aşkar edilməsindən danışıb. O, bildirib ki, hidrogenin Balmer seriyasının Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərində və spektrofotometrik parametrlərində dəyişikliklər müəyyən edilmişdir. Bu dəyişmələrin həm qısamüddətli (bir gün ərzində), həm də uzunmüddətli (bir neçə il ərzində) vaxt ərzində baş verdiyi aşkar olunmuşdur. Tədqiqatların nəticəsinə əsasən, məlum olmuşdur ki, hidrogenin Hα xəttinin profillərində mavi udulma komponentinin güclənməsi ilə ulduzun spektrinin dəyişkənliyi artır. Bu isə həmin anda ulduzdan kütlə atılmasının və ya düşməsinin mövcudluğunu göstərir. Yalnız 2015-ci ildə alınan materialının analizi göstərdi ki, 98 günlük bir zaman intervalında, bu xətlərin sinxron dəyişkənliyi təxminən 40 günlük xarakterik vaxtla baş verir.

Hα və Hβ xətlərinin şüalanma komponentlərinin profillərindəki dəyişikliklərin monitorinqi göstərdi ki, xətlərdə əsas dəyişkənlik ayrı-ayrı komponentlərin qanadlarında baş verir. Hidrogen şüalanma xətlərinin yarımeni 250 km/s, kontiniumu səviyyəsindəki tam eni 350 km/s-dir. Belə sürət yalnız akkresiya olan disklərdə müşahidə olunur.

Bundan başqa, məruzədə HeI 5876, [OI] 6300, 6363, NaI D1, D2, SiII 6347 və 6371 xətlərinin təhlilinə də yer verilib. Bildirilib ki, bu xətlərin profilləri onların güclü xromosferdə yarana biləcəyini göstərir.

Maraqlı məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025