Ekskursiyalar Saytın xəritəsi
AZEN
İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub
07.12.2023 09:12 / ASTRO XƏBƏRLƏR İlk dəfə başqa qalaktikada protoplanet diski müşahidə olunub

Alimlər ilk dəfə olaraq Süd Yolu qalaktikasından kənarda yerləşən bir ulduzun protoplanet diskini müşahidə etməyə müvəffəq olub.

Tədqiq olunan massiv HH 1177 ulduzu Yerdən 160 000 işıq ili məsafədə, Böyük Magellan Buludunda yerləşir. 15 Günəş kütləsinə malik ulduzun tədqiqinə 2019-cu ildən Avropa Cənub Rəsədxanasında (ESO) VLT (Very Large Telescope) MUSE (Multi Unit Spectroscopic Explorer) qurğusu vasitəsilə alınmış materiallarla  başlanmışdır.  Daha sonra obyekt ALMA (Atacama Large Millimeter/submillimeter Array) vasitəsilə yenidən müşahidə olunub və ulduzun protoplanet diskinə malik olması təsdiqlənib.

Məlumat üçün bildiririk ki, yeni doğulmuş ulduz, ətrafındakı qaz və tozu cəzb etməyə davam edir. Qravitasiya qüvvəsinin təsiri altında isə həmin qaz və toz, ulduzun ətrafında akkresiya diski formalaşdırır. HH 1177 kimi massiv ulduzların həyatı Günəş tipli ulduzlarla müqayisədə çox qısa olduğundan bu tip ulduzların təkamülünün ilkin mərhələsinin müşahidəsi nadir hadisədir. Bizim qalaktikada ulduz və protoplanet diskinin öz formalaşdığı maddə ilə əhatə olunması onun müşahidəsini çətinləşdirir. Lakin Böyük Magellan Buludunda ulduzların əmələ gəldiyi material Süd Yolundan fərqlidir. Belə ki, N180 ulduzəmələgəlmə bölgəsində tozun miqdarı az olduğundan, HH 1177 örtüklə əhatələnməyib və o, uzaqda yerləşməsinə baxmayaraq protoplanet diski aydın müşahidə olunur.

Tədqiqat qrupu ulduzdan püskürülən jetləri qeydə alıblar, bu isə akkresiya diskinin mövcudluğunun əlamətidir. Bunu təsdiq etmək üçün alimlər ulduzun ətrafında hərəkət edən sıxlaşmış qazın sürətinin istiqamətdən asılı olaraq dəyişməsini ölçüblər. Çünki sürət fərqi astronomlara ulduzun ətrafında diskin əmələ gəlib-gəlmədiyini müəyyən etməyə imkan verir.  Bu kəşf alimlərə ulduz-planet sisteminin necə formalaşdığını təhlil etmək üçün əvəzsiz tapıntıdır.

Qeyd edək ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025