Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib
29.11.2023 12:11 / ASTRO XƏBƏRLƏR Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib

Günəşin fundamental tədqiqi üçün dünyada analoqu olmayan çoxdalğalı radiohelioqraf istifadəyə verilib. İrkutsk Rusiya Elmlər Akademiyasının (RAN) Günəş-Yer Fizikası İnstitutundan verilən məlumata görə radiohelioqraf cari ilin yayında sınaq rejimində fəaliyyətə başlayıb və hazırda tam istifadəyə verilib.  

Sözügedən qurğu Günəşi radio diapazonda müşahidə etməyə, Günəş tacının müxtəlif təbəqələrində tədqiqatlar aparmağa, onun aktivliyini ölçməyə və Günəşətrafı fəzanın 3D modellərini qurmağa imkan verir. Çoxdalğalı radiohelioqraf 3 radioteleskopdan və 3-24 GHz diapazonunu əhatə edən 528 antenadan ibarətdir.

Cihazın əsas məqsədi fundamental tədqiqatdır, lakin Günəş fəallığının yaratdığı mənfi hadisələrin və onların bəşəriyyət üçün mənfi nəticələrinin proqnozlaşdırılması kimi bir sıra tətbiqi problemlər də radiohelioqrafın köməyi ilə həll oluna bilər.

Günəş alimlər tərəfindən ən yaxşı öyrənilmiş ulduz olmasına baxmayaraq, onun səthində temperaturun 6000 °C olması və cəmi bir neçə yüz kilometr məsafədə isə 1,5 milyon °C  qədər yüksəlməsinin səbəbi hələ də sual olaraq qalır. Məhz bu təbəqədə hissəciklər sürətlənir və bəşəriyyətin texnosferi üçün mənfi nəticələrə səbəb ola biləcək şok dalğaları yaradır. Bu cihazdan istifadə etməklə Günəşin planetimizə mənfi təsirini  və onların bəşəriyyətin texnosferi üçün nəticələrini daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq.

Alimlərin fikrincə, bu radiohelioqraf dünya elminin lokomotividir. Sınaq fəaliyyəti dövründə artıq alimlər tərəfindən yüksək qiymətləndirilən nəticələr əldə edilmiş, Günəşin əvvəllər əlçatmaz hesab olunan müxtəlif diapazonlarda şəkilləri alınmışdır. Layihə üzrə daha bir neçə cihazın qurulması nəzərdə tutulub.

Qeyd edək ki, anoloji konstruksiya Çində də tikilib, lakin hələ istifadəyə verilməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025