ŞAR-ın 2 metrlik teleskopunun müasir spektral cihazları və CCD işıqqəbulediciləri 

 

1998-ci ildən etibarən Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopu müasir astronomik tədqiqatların tələblərinə cavab verən spektral cihazlar və CCD işıqqəbulediciləri ilə təchiz edilmişdir:

 

1. Kude eşelle spektrometri (Foto-1).

(Письма в Астрон. журн. 1993. т.19,с.776-783., Şamaxı Astrofizika Rəsədxanasının Sirkulyarı, 1999, № 95, с.3-7.)

Kude eşelle spektrometri klassik kude spektroqrafının bazası əsasında hazırlanmışdır (Sxem-1).

Ayırdetmə qabiliyyəti: R=λ/Dλ=30000

Kollimator güzgüsünün diametri: d=150 mm,

Fokus məsafəsi: f=5400 mm,

Eşelle  qəfəs: parlaqlıq bucağı γ=63.5°

Cizgilərin sıxlığı: 37.5 cizgi/mm

Ölçüsü: 200 x 300 mm

Kross disperser: 2 ədəd kvars prizma

Sındırma (təpə) bucağı: 45° 

Kamera güzgüsü diametri: d=350 mm

Fokus məsafəsi: f=350 mm.

İşıq qəbuledicisi: CCD kamera (Rusiya istehsalı)

Matrisin ölçüləri: 530x580 piksel (9.5x13.9 mm)

1 piksel: 18x24 mikron

Soyudulması: maye azot  

2. Kasseqren eşelle spektrometri.

(Циркуляр ШАО,2005, №109 , с.21-29.)

Kasseqren eşelle spektrometri Almaniya istehsalı olan UAGS (Universal Astro Grating Spectrograph) spektroqrafının bazası əsasında hazırlanmışdır (Sxem-2).

Ayırdetmə qabiliyyəti: R=λ/Dλ=14000

Kollimator güzgüsünün diametri: d=75 mm,

Fokus məsafəsi: f=1100 mm,

Eşelle qəfəs: parlaqlıq bucağı γ=63.5°

Cizgilərin sıxlığı: 37.5 cizgi/mm

Ölçüsü: 100 x 200 mm

Kross disperser: difraksiya qəfəsi, parlaqlıq bucağı γ=4°

Cizgilərin sıxlığı: 325.5 cizgi/mm

Şmidt kasseqren kamerası diametri: d=105 mm

Fokus məsafəsi: f=150 mm.

İşıq qəbuledicisi: CCD kamera (Rusiya istehsalı)

Matrisin ölçüləri: 530x580 piksel (9.5x13.9 mm)

1 piksel: 18x24 mikron

Soyudulması: maye azot  

Kasseqren eşelle spektrometrində ikinci linzalı kamera (diametri 140 mm, fokus məsafəsi 250 mm) tətbiq etməklə ayırdetmə qabilliyyəti R=24000-ə qədər artırılmışdır.

3. Ştat kaset qurğusu + CCD.

Ştat kaset qurğusu + CCD sistemi 2 metrlik teleskopun kasseqren fokusunda fotoqrafik müşahidələr aparmaq üçün nəzərdə tutulmuşdur.

İşıqqəbuledicisi: CCD Apogee Alta 3056 x3056 pix. 1pix=12x12 mik.

Faydalı görüş sahəsi:  4ʹ x 4ʹ

4. Yüksək ayırdetmə qabiliyyətli universal kude-eşelle spektroqrafı.

Kollimator: d= 150 mm, f=5400 mm

Eşelle qəfəs 1: γ=63.5°, N=37.5 cizgi/mm. 

Eşelle qəfəs 2 mozaika: γ=80°, N=37.5 cizgi/mm.

Kamera 1: d=350 mm, f=350mm

Kamera 2: d=550 mm, f=700 mm

Kamera 3: d=800 mm, f=1400 mm  

Yüksək ayırdetmə qabiliyyətli universal kude-eşelle spektroqrafın ayırdetmə qabiliyyəti R=2fkamtgγ/2pix. 1piksel=15 mikron(24 mikron)

1. Eşelle qəfəs-1, γ=63.5°, N=37.5 cizgi/mm

a) Kamera 2, F=700 mm          R=100 000 (60 000)

b) Kamera 3, F=1400 mm        R=200 000 (120 000)

2. Eşelle qəfəs 2- mozaika, γ=80°, N=37.5 cizgi/mm

a) Kamera 2, F=700 mm          R=260 000 (165 000)

b) Kamera 3, F=1400 mm        R=530 000 (330 000

5. 2 x 2 prizmalı spektroqraf+CCD. 

http://aaj.shao.az/vol9_n3/AAJ 2014 V9_N3. pdf

Zәif ulduz və qalaktikaların spektrlərini almaq üçün 2 metrlik teleskopun Kasseqren fokusunun 2 x 2 prizmalı spektroqrafına CCD işıqqәbuledicisinin tətbiq olunması. Müşahidə prosesində obyekti yarıqda izləmək üçün xəyal müşahidə otağına—manitora verilir. 

Kollimator: d=45 mm, f=650 mm.

Kamera 1: d=55 mm, f=137.5 mm

Kamera 2: d=55 mm, f=82.5 mm

İşıqqəbuledicisi: CCD (FLI), 4096x4096 piksel, 1 piksel= 9 mikron.

Ayırdetmə qabiliyyəti. Spektroqrafın ayırdetmə qabiliyyəti bir neçə faktordan, o cümlədən işıqqəbuledicisinin ayırdetməsindən asılıdır. Əgər bining =1 götürülərsə bu halda giriş yarığının eni s1=s2f1sinε/f2 =0.085 mm, bining=2 olarsa s1=0.17 mm olar. Cədvəldə hər iki hal üçün spektroqrafın ayırdetməsi verilmişdir (Cədvəl).

6. ShAFES: SHAMAKHY FIBRE ECHELLE SPECTROGRAPH - Optik Lifli Kasseqren Eşelle Spektroqrafı.   

http://aaj.shao.az/vol12_n1/AAJ_2017_V12_N1.pdf 

Müasir astrofiziki problemlərin həll edilməsi, həmçinin beynəlxalq layihələrə (qrantlara) qoşulmaq üçün teleskopların yüksək ayırdetməli spektroqraflarla təchiz olunması çox vacibdir.  Spektroqrafların xarakteristikalarının yüksəldilməsinin mütərəqqi metodlarından biri praktik astrofizikada tədbiq oluna bilən optik lifli (Fibre) girişə malik eşelle spektroqrafların hazırlanmasıdır. 2015-2016-cı ildə 2 m-lik teleskopun Kasseqren fokusu üçün Optik Lifli Kasseqren Eşelle Spektroqrafı (Shamakhy Fibre Echelle Spectrograph-ShAFES) quraşdırılmış və istifadəyə verilmişdir.

Spektroqraf  2 əsas blokdan ibarətdir:

1. Kupol altında ayrı otaqda yerləşdirilmiş ağır stasionar hissə.

2. Kasseqren fokusunda teleskopa bərkidilmiş yüngül asılan hissə.

Bloklar öz aralarında diametrləri 200 mikron, uzunluğu 20 metr olan optik lif ilə birləşdirilmişdir.

 

 

Xəbərlər Elanlar