Struktur bölmənin adı:                     “Planetlər və kiçik səma cisimləri ” şöbəsi        

Telefon:                                                 (+994 50) 573 79 67

Elektron poçt:                                      atai1951@yahoo.com  

Struktur bölmənin rəhbəri:                Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru  

                                                               Ədalət Əbülfət oğlu Ətayi

Əməkdaşların ümumi sayı:               11

 

“Planetlər və kiçik səma cisimləri” şöbəsinin əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat  

 

Şöbə əsas iki elmi istiqamət üzrə fəaliyyət göstərir:

    1. Günəş sisteminin kiçik cisimlərinin təkamülü

    2. Planetlər və onların peyklərinin spektrofotometrik tədqiqi

 

1-ci istiqamət üzrə 1200-dək uzunperiodlu kometin orbitinin perihelisinin göy sferasında paylan­ma­­­sının tədqiqi aparılır. Məlumdur ki, periheli və afeli istiqamətləri Günəşə nəzərən simmetrikdir. Ona görə də həmin paylanma Günəş sisteminin uzaq zonaları üzrə vacib informasiya daşıyıcısıdır. Bu paylanmanın və kometlərin uzaq düyün nöqtələrinin paralel tədqiqi yeni hipotezin yaranmasına imkan vermişdir. Həmin hipotezə görə 250-400 a.v. məsafədə irikütləli planetin varlığı real görünür. Tədqiqatın nəticəsi nüfuzlu İCARUS (impakt faktoru 4-dən yuxarıdır) jurnalına təqdim olunacaq.

Bu iş ŞAR-ın ənənəvi mövzüsunda uzun illərdir yerinə yetirilir. Hər il orta hesabla 50-dək yeni komet kəşf olunur. Lakin onların mütləq ulduz ölçülərinin təyin olunması işində gerilik var. Müşahidə olunmuş kometlərin 25-30 faizinin bu vacib fiziki parametri indiyədək məlum deyil. Mənbə kimi The International Comet Quarterly (ICQ) jurnalında (ISSN 07 36-69 22) dərc olunan qiymətlər götürülür və onlar standart metodika ilə emal olunur.

Nəticədə mütləq ulduz ölçüləri ilə yanaşı komet parıltılarını da təyin etmək mümkün olur. 2018-ci ildə 100-dək kometin məlum parametrlərinin emal olunması nəzərdə tutulur. Hesablamaların nə­ti­­cəsi kimi bir elmi məqalənin yazılması mümkün olacaq. Eyni zamanda Transneptun obyekt­ləri­­nin rəng xüsusiyyətlərinin tədqiqi beynəlxalq jurnallarda çap olunub və bu iş bir neçə bey­nəl­xalq konfranslara artıq təqdim olunub. Cari ildə bu mövzu ilə əlaqəli ən az bir məqalə çap etdirilməsi və bu nəticənin beynəlxalq konfransların birinə təqdim edilməsi nəzərdə tutulur.

 Günəş sisteminin kiçik cisimlərinin və planetlərin peyklərinin fiziki xüsusiyyətlərinin tədqiqi

Bu işdə aşağıdakı tədqiqatlar aparılıb:

1. Kometlərin maksimum polarizasiya Pmax dərəcəsi baxımından təsnifatı

2. Komet atmosferindəki toz /qaz nisbətinin maksimum polyarizasiya Pmax dərəcəsinin qiymətinə təsiri

Aşağıdakı nəticələr əldə edilmişdir:

1. Maksimum polarizasiya dərəcəsinin qiymətinə görə fərqlənən iki müxtəlif kometlər qrupu vardır: Pmax ≈> 20% böyük olan kometlər və Pmax ≈ <20% kiçik olan  kometlər. Bu nəticə Styüdent kriteriyasının köməyi ilə dispersiyaları eyni olmayan orta qiymətlər üçün əsaslan­dırıl­mış­­­dır.

2. Pmax qiyməti və komet atmosferlərində toz / qaz nisbəti arasında əlaqələr aşkar edilmişdir. Bu vəziyyət kometlərin yüksək və aşağı polarizasiyalı olan iki qrupa bölünməsinə gə­ti­­rib çıxara bilər.

2-ci istiqamət üzrə Planet atmosferlərinin yüksək spektral ayırdetmə ilə tədqiqi aparılır. Bu onların qaz örtüyündə müşahidə olunan  molekulyar xətlərə təsirləri aşkar etməyə, atmosferin optik xüsusiyyətlərinin lokal dəyişmələri haqqında dəqiq məlumat almağa imkan verir. Tədqiqat zamanı qazların zəif udulma xətlərindən sayılan molekulyar hidrogenin kvadrupol xət­­lə­­rinin tədqiqi daha vacib sayılır. Bu udulma xətlərinin intensivliyinin çox kiçik, həm də dipol yox, kvadrupol  keçidlərin olması dərin məna daşıyır. İşin bu hissəsinə dair geniş məqalə hazırlanmaqdadır. Beləki, kifayət qədər yüksək spektral ayırdetmə ilə (R=14000-56000), həm Yupiter və Saturn disklərinin müxtəlif detallarında işlərin bir qismi yekunlaşmışdır. Bu işin ikinci hissəsi Uran və Neptun planetləri üçün hazırlanacaqdır.

ŞAR-ın 2 m-lik teleskopunda quraşdırılmış R=56000 spektral ayırdetməyə malik eşelle spektrometrinin köməyi ilə H2(4-0) S4(2) xətti Yupiter və Saturn planetlərinin spektrlərində müşahidə edilir. Beləliklə, bu planetlərin troposferində tarazlıq halında orto-para H2 nisbətinə görə molekulyar hidrogenin kvadrupol xətlərinin formalaşdığı dərinlikdə effektiv temperaturun qiymətləndilməsinə imkanı yaradır. Yupiterin diskindəki müxtəlif detallarda ikilaylı atmosfer modeli çərçivəsində molekulyar hidrogenin miqdarı  təyin edilmiş və onların yarandığı dərinlikdə təzyiq hesablanmışdır. Saturn planeti  atmosferinə dair ölçmələrin nəticələri uzun müddət keçməsinə baxmayaraq,  çox uyğunluq təşkil edir. Bunun səbəbi NH3 buzu ilə ekranlanmış planetin atmosferində dəyişikliklərin çətin görünməsidir. Eyni zamanda Mars planetinin spektrində CH4 udulma xətlərinin axtarışı aparılır.

ŞAR-ın 2-m teleskopunda quraşdırılmış R= 56000  spektral ayırdetməyə malik eşelle spek­tro­metr­­ində alınmış Mars planetinin spektrləri emal olunmuşdur. Marsın spektrinin metan qazının 6190A udulma zolağının qısa oblastındakı qənədində Fraunfofer və tellurik xətlərindən başqa di­gər­lərinin olmadığı müəyyən edilmişdir. Adı çəkilən zolağın qırmızı qənədində xəta tərti­bində kiçik dərinliyə (3%-ə dək) malik bir neçə zəif  törəmələr hiss olunur. Maraqlıdır ki, 6190A udulma zolağının mərkəzi hissəsində əlavə detal yoxdur. 


 

 

Xəbərlər Elanlar