Struktur bölmənin adı:                      "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsi

Telefon:                                                 (+994 50) 744 00 51

Elektron poçt:                                       sabonashao@gmail.com     

Struktur bölmənin rəhbəri:                 Astronomiya üzrə fəlsəfə doktoru, dosent 

                                                                Səbinə Oleq qızı Məmmədova

Əməkdaşların ümumi sayı:                8 

 

"Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat

 

Şöbədə "Təkamülün müxtəlif mərhələsində olan ulduzlarla ulduzətrafı mühitin qarşılıqlı təsirinin optik xüsusiyyətləri" mövsusu üzrə iki istiqamətdə elmi tədqiqat işləri aparılır:

1. Parlaqlığın ekstremal və normal vəziyyətlərində müxtəlif tipə məxsus simbiotik ulduzların spektral və fotometrik məxsusiyyətləri.

2. Aktivliyin müxtəlif səviyyələrində olan kiçik və orta kütləli cavan ulduzların spektral və fotometrik xüsusiyyətləri.

 Bu tədqiqatlar şöbə daxilində yaradılmış müvəqqəti yaradıcı qruplarda aparılır. (pdf 2, pdf 3, foto)

 

Problemin aktuallığı və şərhi (pdf 4), Son illərdə alınmış əsas nəticələr:

 

I. 2014-2015-ci illərdən başlayaraq CH Cyg simbiotik ulduzu özünün növbəti aktiv fazasına daxil olub. 2015-ci ildə ŞAR-ın 2 m-lik teleskopunda bu ulduzun orta və yüksək ayırdetmə ilə müntəzəm spektral müşahidələri aparılıb. Bu ulduzun özünəməxsus xüsusiyyətlərindən biri də CET struktur müşahidə olunan azsaylı simbiotik ulduzlar qrupuna aid olmasıdır. 2015-ci ildə ŞAR-da aparılan müşahidələrdə bu ulduzun müşahidə tarixində ilk dəfə olaraq unikal ”Jet absoptions” strukturu müşahidə olunmuşdur.

15.07.2015–ci il tarixdə ŞAR-ın 2 m-lik teleskopunda CH Cyg simbiotik ulduzunun bir gecədə spektral monitorinqi aparılıb - 6 saat müddətində 20 dəq. ekspozisiya ilə ulduzun 14 eşelle spektri alınıb. Hidrogenin Ha və Hβ xətlərinin profili qoşa emissiya piklərindən və onları ayıran mərkəzi udulmadan ibarətdir. Bu xətlərin profillərində göy və bənövşəyi emissiya komponentlərinin nisbəti (V/R) təqribən 2.5 saat ərzində kvazisinxron olaraq azalır, sonra isə təqribən 3 saat müddətində artaraq öz əvvəlki qiymətini alır. HeI5876 xəttinin intensivliyi V/R nisbəti ilə sinxron olaraq dəyişir. Hβ emissiya xəttinin göy qanadında mürəkkəb struktura malik geniş absorbsiya xətti (udulmaların ortasına görə təqribən-700 km/s; -1250 km/s; -1900 km/s şüa sürətləri ilə) müşahidə olunur. Bu udulma xətlərinin intensivlikləri V/R nisbəti ilə əks fazada dəyişir. Fərz edirik ki, bu spektral tezdəyişmələr, bu ulduzların aktiv fazası üçün xarakterik olan optik parlaqlığın sayrışmaları ilə bağlıdır. (PDF_5)

Təqribən 50-günlük xarakterik müddətdə bu günə qədər simbiotik ulduzlarda müşahidə olunmuş bütün qeyri-relyativistik ”Jet absoptions”  formaları müşahidə olunmuşdur (PDF_6).

İndiyə kimi MVC560 simbiotik ulduzu bu strukturların müxtəlif formalarının geniş müşahidə olunduğu ekstraordinar “CET” mənbəyi hesab olunurdu. Bu MVC 560 ulduzunda “CET”–in oxunun görüş şüası istiqamətində olması ilə izah olunurdu. CH Cyg ulduzu müşahidə tarixçəsində bir neçə dəfə aktiv fazada olub. Bu strukturun niyə məhz bu aktiv fazada bu cür müxtəlif formalarda  görünməsi artıq yeni bir sual doğurur. ŞAR-da CH Cyg ulduzunun spektrində CET-lərin müşahidə olunduğu 2015 və 2017–ci il müşahidə mövsümlərində (xüsusən 2017-ci ildə) CET-lərin yaranması ilə ulduzun parlaqlığının təqribən (0.8-1.0) ulduz ölçüsü qədər kəskin dəyişməsi arasında korrelyasiya izlənilir.Bu faktlar  simbiotik ulduzlar içində bir çox cəhətdən unikallığı ilə seçilən CH Cyg ulduzunun müşahidə obyekti kimi aktuallığını bir daha artırir.

II. UX Ori tipli ulduzların ən maraqlı nümayəndələrindən biri - WW Vul ulduzunun 2006-2010-cu illərdə ŞAR-ın 2 m-lik teleskopunun Kasseqren fokusunda  580x530 piklsel CCD kamera ilə təchiz olunmuş eşelle spektrometrdə spektral müşahidələr aparılmışdır.

Bizim spektral müşahidələrimiz ulduzun V fotometrik zolağında parlaqlıq əyrisində baş vermiş optik tutulmadan əvvəl (2006-2008) və sonraya (2010) təsadüf etmişdir.

Ulduzun parlaqlığının bu kimi ekstermal vəziyyətlərində, spektrdə baş verən dəyişkənliklərin müqayisəli analiz imkanı bizim müşahidə materialının elmi dəyərini daha da yüksəltdi.

Bu spektrlərin analizi əsasında WW Vul ulduzunun spektrində Нα emissiya xəttinin profilindəki dəyişkənlik rejimində 2006 və 2007-2010–cu illərdə fərq aşkar edilmişdir. Нα emissiya xəttinin profilinin əsas parametrlərinin (ekvivalent eni, bənövşəyi və qırmızı komponentin, eləcə də mərkəzi udulmanın heliosentrik şüa sürətləri, komponentlərin intensivlikləri) müqayisəli analizi belə bir nəticəyə gəlməyə imkan verir ki, 2006-cı ildə dəyişkənliyin təbiətində akresiya diskinin fırlanması dominant rol oynadığı halda, 2007-ci ildən başlayaraq akresiya diskinin fırlanması ilə yanaşı əlavə bir mexanizm də meydana çıxır ki, bu da Нα xəttinin formalaşdığı oblastda fiziki şəraitin tez dəyişməsinə gətirib çıxarır. Belə bir mexanizmin ulduzla onu əhatə edən mühit arasındakı qarşılıqlı təsirin xarakterini müəyyən edən ulduzətrafı akresiya diskində və ya ulduzun səthində maqnit sahəsi ola bilməsi ehtimal olunur. Hidrogenin Hβ, neytral natriumun D1,D2 rezonans xətləri və HeI 5876 xətlərindəki dəyişkənlik mənzərəsi Ha xəttindəki dəyişkənlik mənzərəsi ilə ümumən uzlaşır. Tutulmadan sonra, 2010-cı ildə NaI D1,D2 xətlərinin bənöbşəyi qanadında udulma külək komponentləri müşahidə olunur. 2010–ci ildə HeI 5876 udulma xətti eləcə də xəttin bənövşəyi qanadındakı emissiya komponenti kəskin güclənib. Maraqlıdır ki, HeI 5876 xəttinin profili ədəbiyyatdakı verilənlərə görə, 1994-cü ildən əvvəlki tutulma zamanı alınmış profilə çox oxşayır. Bu fakt ulduzun uzunperiodlu qoşa ulduz olması ehtimalının göstəricisi ola bilər.

 


 

 

 

 

 

Xəbərlər Elanlar