N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) mövcud vakansiyalar
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) elmi yaradıcılığa həvəsi olan gəncləri (magistratura təhsili olan və ya magistratura təhsilini bitirməkdə olan fizik, riyazıyyatçı, geofizik və bütün növ mühəndislər) aşağıdakı vakant vəzifələri tutmaq üçün müraciət etməyə dəvət edir.
Vakant vəzifələr:
- Baş laborant
- Kiçik elmi işçi
- Mühəndis köməkçisi
- Layihə mühəndisi
CV ilə aşağıda göstərilən elektron poçt ünvanına müraciət edənlərin ixtisası, iş təcrübəsi və bacarıqları vakansiyanın tələblərinə uyğun gəldiyi təqdirdə namizədlə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunur. İş üçün lazımi sənədlər ilkin müsahibədən sonra tələb olunur. İlkin mərhələdə 3 ay sınaq müddətinə işə götürülən mütəxəssislər yataqxana ilə təmin olunurlar. Gələcəkdə ailəli əməkdaşlara xidməti mənzil də verilə bilər.
Əlaqə nömrələri: (+99420) 266 10 02
(+99450) 623 06 31