Beynəlxalq layihələr:

sergi

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təqdim etdiyi layihə Avropa Birliyinin ən böyük qrant layihəsi olan "HORİZON-2020"nin qalib layihələrindən biri olub. 

"HORİZON-2020" çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və s. sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir.

Təqdim edilən layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların 4 il müddətində 10 ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur.

Tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hal-hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunur. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi, alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələrin dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunmasına səbəb olacaqdır. Bu amil elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir.

Layihənin icra prosesində ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunur, eləcə də həmin ölkələrdən olan əməkdaşlar ŞAR-a gəlir.

               hr1          hr 2          hr3 

Qeyd edək ki, "HORİZON-2020" layihəsinin 80 milyard avro fondu var və Avropa Birliyi tərəfindən maliyələşdirilir.

.____________________________________________________________________________________________________.

grndmŞamaxı Astrofizika Rəsədxanası  “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulmuşdur (https://grandma.lal.in2p3.fr/).

Beynəlxalq konsorsium olan GRANDMA iki ildir ki, fəaliyyət göstərir, buna baxmayaraq layihədə 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/). Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir. Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün çox böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz–qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LİGO və Virgo xüsusi qurğusunda qeyd olunur, GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və program kompleksi yaradılmışdır.

ŞAR əməkdaşları konsorsiumun iş birliyi toplantıları çərçivəsində İspaniyada və Tiblisidə iştirak etmiş, orada məruzələrlə çıxış etmişlər.

                              grndm1                   grndm2

 ._____________________________________________________________________________________________________.


gaiaŞamaxı Astrofizika Rəsədxanası GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə əməkdaşlığa başlayıb.

Avropa Kosmik Agentliyinin kosmik missiyalarından biri olan GAIA (Global Astrometric Interferometer for Astrophysics) 2013-cü ildən Yer orbitinə çıxarılmışdır. Missiyanın çox geniş tədqiqat proqramı var və hazırda Avropa birliyinin əksər elmi tədqiqat mərkəzləri GAIA müşahidələrin təhlili ilə məşğuldur. Proqramın əsas məqsədi milyardlarla ulduzların parallaktik yerdəyişməsini təyin etmək və Qalaktikanın üçölçülü strukturunu qurmaqdır. Bundan başqa alınan müşahidələr nəticəsində on minlərlə ekzoplanetlər, tranzient obyektlər, qalaktikalar və digər naməlum obyektlərin aşkar edilməsi gözlənilir.

Əməkdaşlıq proqramının məqsədi GAIA aşkar etdiyi qeyri-adi naməlum tranziyent obyektlərin fiziki xassələrinin daha geniş zaman kəsiyində yerüstü müşahidələrlə öyrənilməsidir. Hazırda rəsədxanada bu işləri yerinə yetirmək üçün 2 m-lik teleskopda işıqqəbuledicilərində bir sıra yeniləşdirmə işləri həyata keçirilmişdir. Belə ki, çox zəif obyektlərin 2 m-lik teleskopun Kasseqren fokusunda spektral müşahidəsini aparmaq üçün dos. X.Mikayılovun rəhbərliyi ilə (UAGS + obyektiv Canon EF (f = 200 мм, f / 2) + CCD Andor (iKonL-936-BEX2-DD 2048x2048, px = 13,5 mkm) cihaz kompleksi işlənib hazırlanmışdır.  Bu cihaz kompleksi 17-ci ulduz ölçülü ulduzların spektrini 6 anqstrem ayırdetmə ilə almağa imkan verir.

Kosmik tranziyent obyektlərin spektral müşahidəsi ilə eyni zamanda fotometrik müşahidəsi də çox mühüm dəyərə malikdir. Eyni zamanda sinxron olaraq fotometrik müşahidəni də həyata keçirmək üçün ŞAR-ın 2 m-lik teleskopunda çox unikal bir sistem quraşdırılmışdır: teleskopun yönəldici köməkçi teleskop-refraktorlarından birində (D=30 mm, F=5050 mm) CCD fotometr quraşdırılmışdır. Həmin fotometr Kasseqren fokusunda işləyən spektroqraf kompleksi ilə mərkəzləşdirilmişdir. Beləliklə, biz eyni zamanda müşahidə etdiyimiz obyektin həm spektrini alırıq, həm də müxtəlif süzgəclərdə fotometrik parlaqlığını qiymətləndiririk. Hazırda GAIA OPTIKON layihəsi ilə əməkdaşlıq çərçivəsində bu və digər seçilmiş obyektlərin ŞAR teleskoplarında müşahidəsi aparılmaqdadır.

 ._____________________________________________________________________________________________________

 

Beynəlxalq səviyyədə elmi əməkdaşlıq edilən elmi müəssiələrin siyahısına baxmaq üçün keçiddən istifadə edin.

 

Bey

Xəbərlər Elanlar