._______________________________________________________________________________________________________.
2026-cı ildə iki Ay tutulması müşahidə olunacaq.
İlk tutulma 3 mart 12:44-də başlayacaq və 18:23-də bitəcək. Tam Ay tutulması olacaq, bu tutulma Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.
İkinci Ay tutulması isə ilin son tutulmasıdır bə bu tutulma qismən Ay tutulmasıdır. Tutulma 28 avqust 05:23-də başlayacaq və 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq. Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanmağa başlayacaq, bu müddət isə yarımkölgəli tutulma fazasına düşəcək. Yarım kölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cuzi azalması kimi hiss olunur.
._______________________________________________________________________________________________________.