._______________________________________________________________________________________________________.

2026-cı ildə 2 Günəş tutulması müşahidə olunacaq və hər iki tutulma qismən Günəş tutulmasıdır.

İlk tutulma halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral 13:56-da başlayıb, 18:27-də bitəcək. Maksimumum 16:12-yə uyğun gələn bu tutulma əsasən Antarktidadan görünəcək. tutulmanın növü həm də müşahidəçinin mövqeyindən asılı olduğundan, Argentinanın, Çili cənubu,  Afrikanın cənub hissəsində, Sakit, Atlantik və Hind okeanında müşahidə olunacaq.

12 avqustda baş verəcək tutulma isə tam Günəş tutulması olacaq. Tutulma 19:34-də başlayıb, 23:57-də bitəcək. Maksimumum 21:46-da olacaq. Tutulma Arktika, Sakit, Atlantik Okean, Kanada, ABŞ-ın şimal hissəsi, Avropa, Rusiya, Afrikanın şimal-qərbi hissəsində müşahidə olunacaq.

Tutulmaların heç biri Azərbaycandan müşahidə olunmayacaq. 

._____________________________________________________________________________________________________.

Xəbərlər Elanlar