. .
2024-cü ildə Azərbaycana Yay fəsli 21 İyun saat 00:50-də daxil olacaq. Yay günəşduruşu günü Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (~730) olur. Bu zaman uzun gündüz (15s03d23san) və ən qısa gecə (8s56d37san) müşahidə olunur. Həmin gün Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur.
. .