N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 150-yə yaxın  əməkdaş işləyir. Onlardan 55-i elmi işçi, 10-u mühəndisdir. Elmi əməkdaşlardan 5 nəfəri fizika-riyaziyyat elmləri doktoru, 23 nəfəri fizika-riyaziyyat elmləri namizədi, 2 nəfəri AMEA-nın müxbir üzvüdür.

Rəsədxananın fəaliyyəti dövründə əməkdaşlar 12 doktorluq və 85 namizədlik dissertasiyası müdafiə etmişlər. 2004-cü ilədək Azərbaycanda astronomiya ixtisası üzrə müdafiə şurası olmadığından dissertasiyalar əsasən keçmiş SSRİ-nin astronomiya mərkəzlərində müdafiə olunmuşdur.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən bu gerilik aradan qaldırıldı və Rəsədxanada “Astrofizika və ulduz astronomiyası” (2108.01) ixtisası üzrə müdafiə şurası yaradıldı.

Direktor: 

Namiq Sərdar oğlu Cəlilov, AMEA-nın müxbir üzvü

Direktor müavinləri: 

Elçin Səfəralı oğlu Babayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

Xıdır Mustafa oğlu Mikayılov, fizika üzrə fəlsəfə doktoru

Elmi Katib:

Orxan Vaqif oğlu Xəlilov, astronomiya üzrə fəlsəfə doktoru

 


 

 

Xəbərlər Elanlar