Ekskursiyalar Saytın xəritəsi
AZEN
NASA “Psyche” asteroidinə zond göndərib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
NASA “Psyche” asteroidinə zond göndərib
17.10.2023 12:10 / ASTRO XƏBƏRLƏR NASA “Psyche” asteroidinə zond göndərib

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) metal maddələrlə zəngin olan “Psyche” asteroidinə zond göndərib.

NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən SpaceX şirkətinin “Falcon Heavy” raketi ilə kosmosa göndərilən missiyanın məqsədi Mars və Yupiter planetləri arasındakı əsas asteroid qurşağında yerləşən metal əsaslı asteroid olan “Psyche”nin tədqiqi ilə planetlərin əmələgəlmə proseslərinin öyrənilməsidir.

Kosmik zond 2029-cu ilin avqustunda təyinat nöqtəsinə çatacaq və sonra təxminən iki il müddətində təyin olunmuş orbitdə hərəkət edərək “Psyche”nin müşahidəsini aparacaq. Asteroidin orbitində işlədiyi müddətdə zond həm şəkillər çəkəcək, həm də maqnitosferi ölçəcək və digər məlumatlar toplayacaq.

Qeyd edək ki, “Psyche” kimi obyektlər əvvəllər heç vaxt yaxından müşahidə edilməmişdir. Lakin məlumdur ki, Mars, Venera və Yerdəki qayalar dəmir oksidləri ilə zəngin olsa da, “Psyche”nin səthində bu kimyəvi maddə çox deyil. Bu da “Psyche”nin yaranmasının standart planet əmələgəlməsi proseslərindən fərqli olduğunu göstərir. Bu baxımdan, Yerəbənzər planetlərin əmələgəlməsi ilə bağlı elmi yeniliklərə işıq tutacaq “Psyche” missiyasının əhəmiyyəti yüksək qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025