Dekabr ayının 9-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.
İclasa sədrlik edən ŞAR-ın icraçı direktoru prof. Nəriman İsmayılov gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Sonra ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova GAMŞ-ın 2022-ci il üçün fəaliyyət planını şura üzvlərinə təqdim edib və nəzərdə tutulan punktlarla bağlı detalları diqqətə çatdırıb.
Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin yekununda GAMŞ-ın 2022-ci il üçün fəaliyyət planı yekdilliklə qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.