Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. 13 iyul/17.00-18.40 UTC-də mərkəzi S28W42 zonası yaxınlığında olan kanal boyunca təxminən 15 dərəcəlik uzun sap (“filament”) meydana gəlmişdir. Bu sap bilavasitə Rgn 2744 (S28, L = 214) köhnə fəallıq oblastı yaxınlığında yerləşir. 14 iyul/00.41 UTC-də SDO / AIA 193 görüntülərində tac qaralması qeydə alınmışdır. 14 iyul/02.36 UTC-dən başlayaraq LASCO C2 görüntülərində şimal-qərb limbindən qalxan və yavaş sürətlə hərəkət edən dar CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunur. Bu tac kütlə atlmasının WSA / ENLIL modelləşdirilməsi həmin CME-də Yerə doğru yönələn komponentin olmadığını aşkarladı.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 14 iyul/17.35 UTC-də özünün 4,208 pfu maksimal qiymətinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 440 km/san olmuşdur. Ümumi maqnit sahəsi 3-5 nT intervalında olmuşdur. Bz komponenti üçün kənaraçıxma +3 /-4 nT intervalında olmuşdur. Phi bucağı əsasən müsbət sektorda qərarlaşmışdır.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).
Kosmik hava proqnozu – Proqnoz dövründə (15 - 17 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (15 - 17 iyul) yüksək səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (15 - 17 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə 15 iyul günorta radələrində Günəş küləyi parametrlərinin mənfi qütblü CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) geoeffektiv təsiri hesabına güclənəcəyi proqnozlaşdırılır. STEREO A külək məlumatları əsasında sürətin 450 – 550 km/san diapazonunda dəyişəcəyi gözlənilir.
Proqnoz dövründə 15 iyul günorta radələrindən başlayaraq mənfi qütblü CH HSS effekti geoeffektivləşdiyindən fəal şəraitin meydana gələcəyi , 16 iyulda bu şəraitin davam edəcəyi (Kp=3, 4), 17 iyulda isə nisbi sakitləşəcəyi (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 15 və 16 iyulda 10%-dən, 17 iyulda isə 5%-dən aşağı qiymətləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.