Ekskursiyalar Saytın xəritəsi
AZEN
İlkin kainatda ulduzların yaranmasını ləngidən mexanizm kəşf olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İlkin kainatda ulduzların yaranmasını ləngidən mexanizm kəşf olunub
24.07.2026 15:18 / ASTRO XƏBƏRLƏR İlkin kainatda ulduzların yaranmasını ləngidən mexanizm kəşf olunub

MQN01  J004131.9-493704 qalaktikasının Çandra, Ceyms Vebb kosmik teleskopları və “ALMA” (Atacama Large Millimeter/submillimeter Array)  vasitəsilə əldə olunmuş müşahidə materialları ilkin qalaktikalarda ulduzların yaranması prosesinə qonşu qalaktikalardakı qara dəliklərin jet axınlarının təsir göstərə bildiyini üzə çıxarıb.

MQN01  J004131.9-493704  Yerdən 11,7 milyard işıq ili məsafəsində, torşəkilli nəhəng qalaktika və qaz strukturlarının kəsişdiyi bölgədə yerləşir. Bu sahə ilkin kainatda qalaktikaların və sürətlə böyüyən massiv qara dəliklərin ən sıx yerləşdiyi bölgələrdən biridir. Qalaktikanın müxtəlif teleskoplarla və fərqli diapazonlarda aparılmış müşahidələri birləşdirilərək ümumi mənzərə əldə olunub. Belə ki, Çandra teleskopunun rentgen diapazonunda qeydə aldığı hissələr mavi, “ALMA” teleskopunun radio diapazonunda müşahidə etdiyi sahələr isə qırmızı rənglə göstərilib. Ceyms Vebb teleskopunun infraqırmızı məlumatları da mavi, yaşıl və qırmızı rənglərlə təsviri tamamlayıb. Mavi rənglə sürətlə böyüyən  qonşu qalaktikanın mərkəzindəki massiv qara dəlik və onun ətrafındakı rentgen şüalanması, qırmızı rənglə isə  MQN01  J004131.9-493704  qalaktikasını əhatə edən nisbətən soyuq qaz kütləsi göstərilib.

MQN01  J004131.9-493704 qalaktikasına xarici görünüşünə görə “Qırmızı kartof” ləqəbi verən tədqiqat qrupu bu qalaktikada sürətli ulduzəmələgəlmə prosesinin izlərini görməyi gözləyirdi. Lakin ulduzların yaranma tempinin gözləniləndən xeyli aşağı olduğu müəyyən edildikdən sonra  tədqiqat qrupu səbəbi qonşu qalaktikalarda axtarmağa başlayıb. Müxtəlif teleskoplardan alınmış təsvirlər birləşdirildikdə qonşu qalaktikadakı qara dəliyin jet axınının “Qırmızı kartof” qalaktikasını əhatə edən soyuq qaz kütləsinə doğru yönəldiyi və burada turbulentlik yaratdığı ortaya çıxıb. Qeyd edək ki, digər qonşu qalaktikalarda belə sürətli turbulentlik müşahidə edilmir. Alimlər belə nəticəyə gəliblər ki, jetin yaratdığı turbulentlik qazın qalaktikaya doğru çökərək sıxlaşmasına mane olur və nəticədə ulduzların yaranma tempini aşağı salır.

Hazırda “Qırmızı kartof” qalaktikasında əsasən yaşlı ulduzların üstünlük təşkil etdiyi və güclü ulduzəmələgəlmə prosesinin getmədiyi ehtimal olunur. Bu xüsusiyyətlər qalaktikanın infraqırmızı təsvirlərdə qırmızı görünməsinə səbəb olur. Qara dəliyə malik qonşu qalaktikada isə vəziyyət fərqlidir. “Qırmızı kartof” qalaktikasından təxminən 200 000 işıq ili uzaqlıqda yerləşən bu qalaktikada aktiv ulduzəmələgəlmə prosesi gedir. Ətrafdakı digər qalaktikalarda olduğu kimi burada da nəinki cırtdan və orta kütləli, həmçinin  massiv və isti ulduzlar yaranır.

Bu nəticə massiv qara dəliklərin yalnız yerləşdikləri qalaktikanın deyil, yaxınlıqdakı digər qalaktikaların da inkişafına təsir göstərə bildiyini ortaya qoyur. Kəşf erkən kainatda qalaktikaların necə formalaşdığını və böyüdüyünü, ümumilikdə qalaktikaların qarşılıqlı təsirinin kosmoloji təkamül yolunu, həmçinin ayrılıqda qalaktikalarda ulduzəmələgəlmə prosesinin hansı səbəbdən zəiflədiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Tədqiqat işinin nəticələri  “Astronomy&Astrophysics”  jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026