Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxananın baş direktoru Yeni Azərbaycan Partiyası tərəfindən təltif olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxananın baş direktoru Yeni Azərbaycan Partiyası tərəfindən təltif olunub
21.02.2025 16:02 / MÜHÜM HADİSƏLƏR Rəsədxananın baş direktoru Yeni Azərbaycan Partiyası tərəfindən təltif olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş “32 illik şərəf və qürur tarixi” adlı tədbir keçirilib.

Əvvəlcə müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabanda yerləşən məzarı ziyarət olunaraq, məzarın önünə tər gül dəstələri düzülüb.

Tədbirin rəsmi hissəsinin başlanğıcında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra isə Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatındakı mühüm rolundan danışıb. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və  cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. YAP Yasamal rayon təşkilatının ilk yaradılan rayon təşkilatlarından biri olduğunu qeyd edən B.Nəbiyev bildirib ki, bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolundan danışaraq bu partiyanın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur. M.Mərdanov ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvənin olmadığını vurğulayıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir.

Çıxışların ardınca YAP Yasamal rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilova Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatan tədbir, daha sonra bədii hissə ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025