Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxananın doktorantı Belçikada dissertasiya müdafiəsi edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxananın doktorantı Belçikada dissertasiya müdafiəsi edib
04.04.2024 10:04 / MÜHÜM HADİSƏLƏR Rəsədxananın doktorantı Belçikada dissertasiya müdafiəsi edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və Leuven Universitetinin doktorantı Rəcəb İsmayıllının Belçikada “Uniturbulensiyanın fiziki və statik xüsusiyyətləri” mövzusunda fəlsəfə doktoru üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Hibrid formada təşkil olunan müdafiədə yerli və xarici astronomlar iştirak edib.

Dissertasiya işində maqnitohidrodinamik ədədi simulyasiyalardan və statistik metodologiyalardan istifadə edərək eyni istiqamətdə yayılan səthi Alfvén dalğalarının dinamikası araşdırılır. Burada əsas məqsəd müxtəlif uzunluq şkalaları və onların turbulent enerji ötürmə mexanizmləri ilə qarşılıqlı əlaqəsi arasındakı mürəkkəb əlaqələri açmaqla, uniturbulensiya adlandırılan eyni istiqamətdə yayılan səthi Alfvén dalğalarının qeyri-xətti öz-özünə kaskadını başa düşməkdir. Buna nail olmaq üçün güc spektrinin təhlili, radial orta Furye çevrilməsi və kurtoz kimi üsullardan istifadə edərək uniturbulensiya geniş şəkildə öyrənilir. Uniturbulent axınlarda kinetik və maqnit enerjisinin məkan-zaman paylanmasını araşdırmaq üçün bu üsullardan istifadə olunur. İşdə həmçinin sıxlıq kontrastının variasiyalarının həlledici rolunu və Yaqlom qanununun enerji ötürmə mexanizmlərinin səciyyələndirilməsindəki rolu açıqlanır. Əldə edilən nəticələr bu turbulent dinamikləri tənzimləyən əlaqələri aydınlaşdırmaq nöqtəyi-nəzərdən gələcək araşdırmalar üçün əsas yaradır.

Çıxışdan sonra sual-cavab mərhələsinə keçid edilib, mütəxəssislərin çoxsaylı sualları iddiaçı tərəfindən yüksək peşəkarlıqla cavablandırılıb.

Müvəfəqqiyyətlə başa vurulan dissertasiya müdafiəsinin yekununda Rəcəb İsmayıllının işi müsbət rəylər alıb. Rəsədxana kollektivi olaraq gənc alimimizə gələcək fəaliyyətində yeni elmi yaradıcılıq uğurları arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025