Teleskop ŞAR-ın əsas binasının cənub qanadında yerləşir. Almaniyanın “Karl-Zeiss” firmasının istehsalıdır və 1978-ci ildə qurulmuşdur. Coğrafi koordinatları: λ=48° 35' 50ʺ E, ϕ=40° 46' 51ʺ N.
Teleskopun optik sistemi klassik Kasseqren sistemidir. Bu, çökük parabolik baş güzgüdən və qabarıq hiperbolik kasseqren güzgüsündən ibarət sferik aberrasiyadan tam azad təmiz güzgülü sxemdir. Baş güzgünün fokus məsafəsi F=2400 mm, Kasseqren sisteminin fokus məsafəsi Fekv=7500 mm. Baş güzgünün diametri D=600 mm, kasseqren güzgüsünün diametri d=183 mm, fokus məsafəsi f=-1030 mm. Teleskopun fokal müstəvisində miqyas s = 180*3600/πF=206265/F=27.5 "/mm-dir.