Teleskopun optik xarakteristikası:


2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur:

 1. Baş fokus. fokus məsafəsi F=9 m, fokal nisbət-f/4.5, faydalı görüş sahəsi 6'x6', zəif obyektlərin  spektrlərinin alınması üçün nəzərdə tutulmuşdur. Korreksiya linzalarının köməyi ilə faydalı görüş sahəsini 21'x21' –yə  qədər artırmaq olur və Baş fokusda səma cisimlərinin birbaşa fotoqrafiyası üçün nəzərdə tutulmuşdur. Fokal səthdə  miqyas 23ʺ/mm. 2. Kasseqren fokusu. Effektiv fokus məsafəsi F=29.5 m, fokal nisbət- f/14.75, faydalı görüş sahəsi 7'x7',  fokal səthdə miqyas 7ʺ/mm. 3. Kude fokusu. Effektiv fokus məsafəsi F=72 m. fokal nisbət- f/36, faydalı görüş  sahəsi 3'x3', fokal səthdə miqyas 2,8ʺ/mm.Optik sxem

 

 

2 m-lik teleskopun optik sxemi

1- baş parabolik güzgü: effektiv diametri D=2 m, fokus məsafəsi F=9 m;

2,3 – kasseqren və  kude hiperbolik güzgüləri: diametri d=580 mm, fokus məsafəsi fkas = -3600 mm, fkude = -2850 mm;

4 - müstəvi güzgü: ölçüsü – 620x400 mm;

5 - müstəvi güzgü: diametri d=520 mm;

6 - müstəvi güzgü: diametri d=50 mm. S-ağırlıq mərkəzi, P- əks yük.

Xəbərlər Elanlar