15.11.2021 Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək

16 noyabr 2021-ci il tarixində saat 11:00-da  AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcəkdir.

 

 

Gündəlikdəki məsələlər:

 

1. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2021-2025-ci illər üçün təsdiq edilmiş elmi -tədqiqat mövzuları üzrə hesabatların dinlənilməsi:

 - Mövzu 1: Ulduz və qalaktikaların təkamülündə qeyri-stasionar proseslərin tədqiqi    (f.-r.e.d., prof., Nəriman İsmayılov);

 - Mövzu 2: Qoşa ulduzlar və onların ulduzətrafı mühitlə qarşılıqlı təsirinin fiziki xüsusiyyətləri (f.-r.ü.f.d., dos., Bayram Rüstəmov);

 - Mövzu 4: İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (f.f.d., dos., Xıdır Mikayılov);

2. Cari məsələlər.

 

İclas "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil ediləcək.

Zoom linki:
https://us05web.zoom.us/j/83484389056?pwd=NXg1VHpTcVhNRkFGOEVMR0VzbDEwdz09

İdentifikasiya kodu: 834 8438 9056
Şifrə: tp3PNB
 

Qeyd: Mövzu rəhbərlərinin, şöbə müdirlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.