Tusi-Bohm Planetarium – Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ile təchiz olunmuş ilk planetariumdur. Planetariumda 4K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər.

Bu məkan bütün yaş təbəqələrini əhatə edir, əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır.

Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət və sənədli filmlər nümayiş olunur.

Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı, aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunur. 

Planetarium 58 tamaşaçı üçün nəzərdə tutulub. 
Filmlər Azərbaycan dilində və bir neçə xarici dildə nümayiş etdirilir.

               Əlaqə telefonları:

               (+994 12) 598 74 44

               (+994 12) 598 74 00

               Fax: 012 498 05 58

               Ünvan: Bakı, Neftçilər pr-ti, Park Bulvar Ticarət Mərkəzi (4-cü mərtəbə)

               E-mail: info@planetarium.az 

               Veb sayt: www.planetarium.az 

               Facebook səhifəsi: https://www.facebook.com/Tusi.Bohm.Planetarium 

                  

Xəbərlər Elanlar