·  Struktur bölmənin adı : 

Astronomik cihazlar və İnnovativ texnologiyaları şöbəsi

·  Struktur bölmənin rəhbəri :  

İlqar Ələkbər oğlu Ələkbərov

·  Telefon : 

(+994 50) 9614618

·  Elektron poçtu : 

i.alekberov@mail.ru   

·  Əməkdaşların sayı : 

10

·  Əsas fəaliyyət istiqamətləri :

 

1. ŞAR-ın 2 metrlik və başqa teleskopların müşahidələrə hazırlanması, teleskopların təmiri və

    profilaktik işlərin aparılması, astronomik cihazların hazırlanması və tədqiqi, maye azotun

    alınması, müşahidələrdə iştirak, yeni avadanlıqları mənimsəmək və işlətmək;  

·  Əsas elmi nəticələr :   

 

2. 2-m teleskopun:-Kasseqren fokusu üçün ayırdetmələri, R=25000, R=44000 olan universal

    Kasseqren – Eşelle spektroqraflı, yüksək və ifrart yüksək ayırdetməli R=120000, R=140000,

    R=165000, R=200000, R=330000 və R=400000 olan yeni Kude- Eşelle spektroqrafı işlənib

    hazırlanıb. Seyss-600 teleskopu üçün 17ʹ faydalı görüş sahəsinə malik Fotometr-polyarimetr

    hazırlanmış və tədqiq edilmişdir;

3. Çexiya Respublikasının “ProjectSoft” firması tərəfindən 2-metrlik teleskop modernləşdirilmiş

    və avtomatlaşdırılmışdir;

4. 2 metrlik, AZT-8, Seyss-600 teleskoplarının güzgüləri sökülmüş, alüminiumlaşdırmadan

    sonra yerinə quraşdırılmışdır;

5. 2-metrlik teleskopda sinxron müşahidələrin aparılması üçün 30 sm-lik paralel linzalı teles-

    kopda (Gid) 5-filtrli CCD fotometri quraşdırılmışdır;

6. Kasseqren fokusunda müşahidəni asanlaşdırmaq üçün Kasseqren Eşşele və Kanberra spektroq-

    raflarına yarığının xəyalını monitora ötürmək üçün izləmə boruları obyektivlər əvəz olunmuş və

    həmin obyektivə Şelyak firmasının istehsalı olan WAT – 120N+ tipli xüsusi CCD quraşdırırılmışdır.

    2-metrlik teleskopda spektral müşahidə zamanı obyektin (ulduz, qalaktika və s.) izlənmə prossesi

    bir başa müşahidə otağına ötürülmüşdür;

7. FLİ CCD-ni həm ayırdetmə qabiliyyəti 25000 olan Kasseqren Eşelle spektroqrafında, həm də

    Kanberra spektroqrafında işıq qəbuledicisi kimi istifadə etmək üçün xüsusi bağlayıcı və

    fokuslayıcı detallar düzələdilmiş, fokuslama işləri aparılmış və müşahidələrə tətbiq olunmuşdur;

8. 2 metrlik teleskopun optik sistemlərinin yustirlənmə işləri: – ilk növbədə teleskop üçün alınmış

    ППС – 11 cihazını teleskopa bağlamaq üçün hazırlanmış qurğular yoxlanılmış, teleskopun

    Kasseqren və Kude fokusları üçün güzgülər, linzalar kristal optik şüşə xüsusi metodla yuyulub

    təmizlənmiş və Kasseqren və Kude fokusları üçün yustirləmə işləri görülmüşdür;

9. Seyss - 600 teleskopun güzgüləri yuyulmuş və ППС – 11 cihazının koməyi ilə yustirlənmə

    işləri aparılmışdır;

10. 2-m teleskopun Kasseqren fokusundakı Kasseqren Eşşele spektroqrafı kiçik aperturaya və

      aşağı ayırdetməyə malik idi. Bu isə alınan ulduz spektrlərinin keyfiyyətinə təsir edir və həll

      olunan məsələlərdə beynəlxalq səviyyəyə çıxmağa imkan vermirdi. 2-metrlik teleskopun

      Kasseqren fokusu üçün optik lifli Eşelle spektroqrafın (Fibre optics Cassegrain Echelle

      Spectrograph) quraşdırılması başa çatdırılmış və müşahidələrinə başlanılmışdır;

11. Teleskopun kasseqren fokusunda səma cisimlərinin yüksək ayırdetməli (Δλ/λ=50 000)

      spektrlərini almağa imkan verir. Spektroqraf tərpənməz və qapalı olduğuna görə instru-

      mental sürüşmələr olmur və spektral parametrlərin ölçmə dəqiqliyi çox yüksək olur (məsələn

      şüa sürətlərində bir neçə 100 m/s). Spektroqraf işıq qəbuledicisi kimi ölçüsü 4000 x 4000

      piksel olan, maye azotla soyudulan böyük CCD kameranı istifadə etməyə və nəticədə

      spektrin çox geniş dalğa uzunluğu oblastını (λ9000-3600 Å) eyni zamanda -1 kadrda

      almağa imkan verir;

12. 2-metrlik teleskopda spektral müşahidə zamanı obyektin (ulduz, qalaktika və s.) izlənmə

      prossesi avtomatlaşdırılıb və xəyal bir başa müşahidə otağına ötürülür;

 

 


 

Xəbərlər Elanlar