·  Struktur bölmənin adı : 

Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi

·  Struktur bölmənin rəhbəri :  

Caməmməd Nizam oğlu Rüstəmov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

·  Telefon : 

+(994 50) 384 07 33

·  Elektron poçtu : 

janmamed@yahoo.com 

·  Əməkdaşların sayı : 

15

·  Əsas fəaliyyət istiqamətləri :

 

1. İfratnəhəng, Volf-Raye tipli,T Buğa tipli cavan, simbiotik və kimyəvi

    maqnit ulduzları atmosferlərində qeyri-stasionar proseslərin spektral 

    tədqiqi, nəzəri tədqiqatlar;  

·  Əsas elmi nəticələr :   

 

1. Qalaktika  müstəvisində və yüksək qalaktik enliklərdə yerləşən ifratnəhəng

    ulduzların fiziki parametrləri təyin edilmiş, bu ifratnəhənglərin kimyəvi tərkib-

    lərinin fərqli olduğu aşkar edilmiş, onların   mümkün genetik əlaqələri araşdırılmışdır;

2. Volf-Raye tipli WR 134 ulduzunda ilk dəfə qeyri adi fotometrik dəyişkən-

    lik (bir neçə dəqiqə ərzində 0.1 ulduz ölçüsü qədər dəyişmə) aşkar edilmişdir;

3. Təkamülün  müxtəlif mərhələlərində olan sıx qoşa sistemlərin(LZ Cep, 19 Cep,

    HD 206167) ŞAR-ın 2-m teleskopunda spektral müşahidələri aparılmış və bir sıra

    yeni nəticələr alınmışdır;

4. Kimyəvi pekulyar maqnit ulduzlarının spektral, fotometrik və maqnit müşahidələri

    birgə təhlil edilərək onların səthində olan ləkələrin müşahidə olunduğu

    fazalar müəyyən edilmişdir;

5. T Buğa və Ae/Be Herbiq tipli 20-ə qədər cavan ulduzun fiziki xassələri fərdi şəkildə

    öyrənilmiş, müxtəlif ulduzların spektrində və parlaqlığında periodik dəyişkənliklər 

    aşkar olunmuşdur. Bunlardan bəziləri ulduzların qoşalığı, digərləri isə qeyri-stasionar

    axınlar nəticəsində ulduz səthində əmələ gələn anomal fiziki şəraitə malik oblastların

    yaranması hesabına baş verir;


 

 

Xəbərlər Elanlar