·  Struktur bölmənin adı : 

Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi

·  Struktur bölmənin rəhbəri :  

Bayram Nizam oğlu Rüstəmov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

·  Telefon : 

(+994 50) 7440051

·  Elektron poçtu : 

bayram_rustam@yahoo.com    

·  Əməkdaşların sayı : 

8

·  Əsas fəaliyyət istiqamətləri :

 

1. Orta və kiçik kütləli cavan ulduzların və fəal nüvəli qalaktikaların (AQN) CCD fotometriyası

    və polyarimetriyası. Modern işıqqəbuledicilərinin CCD matrislərin fotometrik müşahidələrdə

    istifadəsi və rəqəmsal astronomik təsvirlərin işlənməsində müasir proqram paketlərinin tətbiqi;

·  Əsas elmi nəticələri :

 

1. Zeiss-600 teleskopunda UBVRI Jonson və Rc Kuzins sistemli standart işıq süzgəclərinə malik

    fotometr quraşdırılıb və Apogee Alta İnstruments firmasının U-47 CCD matrisi ilə təchiz olunub.

    Matrisa «Diffraction Limited» CCD firmasının MaxIm DL proqram təminatı yüklənmiş kompüterə

    qoşulub. Müşahidə prosesi və müşahidə materialının işlənməsi bütünlüklə Maxım DL V4 tətbiqi

    proqram qovluğunun köməyi ilə həyata keçirilir. CCD fotometrin AMEA ŞAR-ın Zeiss -600 teles-

    kopuna adaptasiyası həyata keçirilib.” Zeiss -600 + fotometr + CCD kamera” sistemində bias,

    dark, flat field kalibrovka təsvirlərinin alınması və müşahidə nəticələrinin işlənməsi metodikaları

    işlənib hazırlanmışdır. M 67 dağınıq ulduz topasının fotometrik CCD müşahidələri əsasında instru-

    mental ulduz ölçülərindən standart beynəlxalq sistemə keçid əmsalları təyin olunmuşdur;

2. Fəal nüvəli qalaktikalar NGC 3516, NGC 4151-in və 3C 273-ün UBVR süzgəclərində parlaqlı-

    ğının dəyişkən olması aşkar edilmişdir. Birinci tip Seyfert qlaktikası NGC 3516 –nın 1989-

    1994-cü illərdə aparılmış UBVR müşahidələrindən alınan nəticələr bu qalaktikanın nüvəsində

    “qara cuxur” olması ehtimalını gostərir;

3. ŞAR-ın 2-m-lik teleskopunda alınmış spektrlərin analizi əsasında WW Vul ulduzunun spektrində

    Нα emissiya xəttinin profilindəki dəyişkənlik rejimində 2006 və 2007-2010–cu illərdə fərq aşkar

    edilmişdir. Belə görünür ki, 2007-ci ildən başlayaraq akkretsiya diskinin fırlanması ilə yanaşı əlavə

    bir mexanizm də meydana çıxır ki, bu da Нα xəttinin formalaşdığı oblastda fiziki şəraitin tez dəyiş-

    məsinə gətirib çıxarır. Belə bir mexanizm, ulduzla onu əhatə edən mühitin arasındakı qarşılıqlı

    təsirin xarakterini müəyyən edən, ulduzətrafı akketsiya diskində və ya ulduzun səthində

    maqnit sahəsi ola bilər;


 

Xəbərlər Elanlar