·  Struktur bölmənin adı : 
Kosmik plazma və Heliogeofiziki  problemlər  şöbəsi
·  Struktur bölmənin rəhbəri :  
Elçin Səfəralı oğlu Babayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
 ·  Telefon : 
(+994 50) 2131459
·  Elektron poçtu : 
ebabayev@yahoo.com  
·  Əməkdaşların sayı : 
10
·  Əsas fəaliyyət istiqamətləri :
 
1. Günəş-Yer əlaqələri; Kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi, Yerüstü  orta en dairə-
    lərində yerləşən texnoloji və bioloji sistemlərə (o cümlədən, insan sağlamlığına) Günəş,geomaqnit
    və kosmik şüalar fəallığı variasiyalarının təsirinin öyrənilməsi;
2. Yer ionosferində Çox Aşağı Tezlikli (very low frequency - VLF) elektromaqnit dalğalarının yayılma-
    sının məsafədən tədqiqi;
3. Yer yaxınlığında Günəş küləyinin maqnit sahəsinin paylanmasının tədqiqi;
4. Günəşin tac dəliklərinin kontrastının Günəş küləyinin xarakteristikaları ilə əlaqəsinin tədqiqi. 
·  Əsas elmi nəticələr :   
 
1. Beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilmiş, yeni elmi istiqamət yaradılmış və
    kəsişən elm sahələri (astronomiya, ionosfer fizikası, elektrofizika, geofizika, tibb, biologiya, zoolo-
    giya və s.) üzrə birgə işlərin əsası qoyulmuşdır;
2. Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji/ekoloji sistemlərə təsiri üzrə komp-
    leks tədqiqatlar bir sıra kardioloji xəstəliklərin dinamikasına (qəfil ürək ölümləri, kəskin miokard
    infarktı tutmaları və ölümləri və s.), insanın ürək-qan-damar sisteminin (kardioloji parametrlər,
    ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, fizioloji sağlam insanların baş
    beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına, yol-nəqliyyat
    hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, həşəratların fizioloji duru-
    muna və s. kosmik hava təsirlərinin araşdırılmasını əhatə etmişdir;
3. Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir
    riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji
    və heliotibbi eksperimentlər də aparılmışdır;
4. Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin
    stabil işinə təsiri öyrənilmişdir;
5. Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının tex-
    noloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır;
6. Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif
    səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir;
7. Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu da göstərilmişdir;
8. Transionosferik mikrodalğaların ssintilyasiyasına heliogeofiziki şəraitin təsiri bütün en dairələri
    üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmişdir;
9. Yer əlaqələrinin tədqiqi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin
    öyrənilməsi üzrə İsrail, ABŞ , Yunanıstan, Bolqarıstan, Belçika və digər ölkələrin alimləri ilə apa-
    rılmış elmi-tədqiqat işləri nəticəsində mühüm nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda
    10-larla məqalə dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı bey-
    nəlxalq konfrans, simpozium, seminarlarda şifahi məruzə edilmişdir;
10 . Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə milli
      tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year –
      İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilmiş, ilk dəfə olaraq Günəş-Yer Əlaqələri
      üzrə “Sun and Geosphere (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və
      hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunmuşdur;
11. Beynəlxalq əməkdaşlıq çərçivəsində Stenford Universiteti (ABŞ) ilə əlaqələr yaradılmış və ionos-
      fer tədqiqatları istiqamətində birgə işlərin aparılması üçün yeni elmi cihazın ŞAR-da quraşdırıl-
      masına nail olunmuşdur. 2008-ci ildə Stenford Universitetinin əməkdaşları tərəfindən Yer ionos-
      ferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə
      cihaz ŞAR-da qurulmuş və beynəlxalq şəbəkəyə qoşulmuşdur. ŞAR-da hal-hazırda Kosmik Hava
      Mərkəzinin yaradılması üzərində iş gedir;
12. Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müva-
      fiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı
      gündəlik proqnozlar hazırlanır;
 

 

Xəbərlər Elanlar