“Şamaxı Astrofizika Rəsədxanasının çox böyük tarixi vardır. Dünya miqyasında, elm aləmində çox böyük nüfuzu vardır. Bu rəsədxananın yenidən qurulması və burada gözəl şəraitin yaradılması məni çox sevindirir. ...Əminəm ki, uzun illər, onilliklər bundan sonra da bu rəsədxana Azərbaycan xalqına, Azərbaycan elminə xidmət göstərəcəkdir”.

 İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti 

 

Şamaxı Astrofizika Rəsədxanasının gələcək perspektivləri daim Azərbaycan hökumətinin və şəxsən cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir.

2009-2013-cü illərdə respublika Prezidenti üç dəfə Şamaxı Astrofizika Rəsədxanasında olmuş, buradakı işlərin gedişi, alimlərin yaşayış qayğıları ilə yaxından tanış olmuşdur.

       

Azərbaycanda elmin inkişafına böyük diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyev rəsədxananın yenidən qurulması, burada təmir-bərpa işlərinin aparılması ilə bağlı müvafiq sərəncam və tapşırıqlar vermişdir.

Dövlətimizin başçısının 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan 8 milyon manat vəsait ayrılmışdır. 
Əsaslı yenidənqurma nəticəsində əraziyə Qırxbulaq mənbəyindən 6,5 kilometr uzunluğunda yeni su xətti, Çuxuryurd-Rəsədxana əsas qaz kəməri çəkilmiş, yerüstü elektrik xətti tam yenilənmişdir. İnzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır...

•  Əlaqəli mənbə: https://president.az/articles/3082 

•  AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurulması barədə

     AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI