Teleskop – Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48°35' 50ʺE, φ=40°46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Temperatur izolyasiyası üçün kupolun və binanın xarici üst qatı alüminium lövhələrlə örtülmüşdür.

Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir.

Azərbaycan Respublikasının Prezidentinin 2008-ci ilin sentyabrında və 2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi çərçivəsində 2012-2013-cü illərdə Çexiya Respublikasının “Project Soft” firması tərəfindən 2 m-lik teleskopun hidravlik, elektrik sistemləri yenidən qurulmuş və idarəetmə sistemi avtomatlaşdırılmışdır.

2013-cü il iyun ayında teleskopa texniki xidmətin ağır bir hissəsi, 2 m-lik güzgünün yenidən alüminiumlaşdırılması, rəsədxanada fəaliyyət göstərən B-240 vakuum qurğusunda uğurla həyata keçirilmişdir. Axırıncı dəfə güzgünün səth örtüyünün yenilənməsi 1978-ci ildə Karl Zeiss Jenada (Almaniya) yerinə yetirilmişdir.

Təkrar alüminiumlaşdırma 2 m-lik teleskopun optik sisteminin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. İndi Kasseqren fokusunda 11ulduz ölçüsünə qədər obyektlərin yüksək dispersiyalı (R=28000), 14m ulduz ölçüsünə qədər seyfert qalaktikaların Hγ yanında 94 Å /mm dispersiya ilə etibarlı CCD spektrlərini almaq mümkündür.

                                                                         pano

                                                   

Xəbərlər Elanlar