ELMİ KİTABXANA HAQQINDA MƏLUMAT

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 1960-cı ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Elə həmin ildə institutun tərkibində Elmi Kitabxana təşkil olunmuşdur. Kitabxananın fondu yeni yarandığı vaxtlar SSRİ ərazisində çap olunmuş astronomiya və astrofizikaya dair elmi və elmi kütləvi kitablar, dövri nəşrlərlə komplektləşdirilmişdir.

ŞAR-ın Elmi Kitabxanası iki böyük zaldan - depozitar fonddan ibarətdir. Birinci zalda oxu zalı təşkil olunmuşdur. Zalda yeni kitabların sərgisi, dövri nəşrlər, jurnallar, ensiklopediyalar mövcuddur. İkinci böyük zalda kitabxananın ümumi fondu, rus, Azərbaycan və digər xarici dillərdə olan ədəbiyyat sistemli şəkildə yerləşdirilmişdir.

Kitabxananın 113 oxucusu var.  Bunlardan 51-i elmi işçidir. Digərləri isə magistr, doktorant, mühəndis və s. sıravi işçilərdir. Kitabxananın respublika əhəmiyyətli iri kitabxanalarla - M.F.Axundov adına Milli Kitabxana, BDU Elmi Kitabxanası, AMEA Fizika İnstitutunun kitabxanası, Mərkəzi Elmi Kitabxana və s. ilə kitab mübadiləsi və s. sahədə geniş əməkdaşlıq əlaqələri vardır.

Kitabxana fondu 14000-dən çox  kitab, 2500-dən çox jurnal (21 adda rus dilində, 23 adda ingilis dilində, 8 adda yerli jurnal), 5 adda qəzet (“Azərbaycan”, “Xalq”, “Respublika”, “Elm” və “Поиск”), qədim və nadir nəşrlər, əlyazmalar, sahəvi lüğətlər və ensiklopediyalar, referativ jurnallar və digər xüsusi elmi-texniki ədəbiyyatdan ibarətdir. Kitabxana dünyanın 25-dən artıq ölkəsilə (45-dən artıq xarici institut və təşkilatla) beynəlxalq kitab mübadiləsini həyata keçirir, sərgilər və s. tədbirlərin təşkilində yaxından iştirak edir. Kitabxana astrofizika və astronomiya sahəsində aparılan elmi tədqiqatların informasiya təminatının istər çap nəşrləri, istərsə də elektron nəşrlərlə həyata keçirilməsində mühüm rol oynayır.

          Hazırda rəsədxananın elmi kitabxanasında 4 əməkdaş çalışır:

          Kitabxana müdiri – Nərminə Dəmir qızı Abdullayeva 

          Tərcüməçi - Təranə Əhməd qızı Hüseynova 

          Kitabxanaçılar - Lalə Qorxmaz qızı Tahirova, Bəxtilə Sifadə qızı Tahirova 

     

             

Xəbərlər Elanlar