04.02.2019 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

6 fevral 2019-cu il tarixində saat 14:30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu "WR stars as final stage of evolution of massive stars" (Olqa Mareva - Çexiya Elmlər Akademiyasının Ordjenev Rəsədxanası), seminarın rəhbəri AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f.-r.ü.f.d. Elçın Babayevdir.

Ünvan: Bakı şəh., H.Cavid pr.115 (AMEA 1-ci mərtəbə, 102 №-li otaq).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.