05.12.2018 AMEA Şamaxı Astrofizika Rəsədxanası doktorantura və dissertanturaya qəbul elan edir

AMEA Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Qeyd edək ki, AMEA Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) üçün müəyyən olunmuş plana əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 2018-ci il dekabrın 4-dən dekabrın 24-ü saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul ediləcək.

Əlavə məlumat üçün ŞAR-ın Təhsil şöbəsinə  müraciət etmək olar.

Əlaqə telefonu:  (+994 50) 242 42 00

E-mail: pashaakhmedov.87@gmail.com 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.