03.08.2018 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

09 avqust 2018-ci il tarixində saat 11:00-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu "Orion proplidlərinin səthi fotometriyası. III. Əsas fiziki parametrlər" (Nəriman İsmayılov və Günel Məmmədxanova), seminarın rəhbəri AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru dos., Xıdır Mikayılovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.