18.05.2018 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

23 may 2018-ci il tarixində saat 10:00-da Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçiriləcək.

Seminarın mövzusu "Asteroidlərin fotometrik və polyarimetrik xarakteristikaları arasında qarşılıqlı əlaqə"(D.İ.Şestopalov, L.F.Qolubeva), seminarın rəhbəri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.