18.04.2018 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

18 aprel 2018-ci il tarixində saat 10:00-da Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçiriləcək. 

Seminarın mövzusu "GAIA (Global Astrometric Interferometer for Astrophysics) kosmik teleskopu. I. Kosmik missiyanın elmi məqsədi və aparılan astrofiziki müşahidələr haqqında qısa icmal" (N.S.Cəlilov, X.M.Mikayılov, B.N.Rüstəmov, O.V.Xəlilov), seminarın rəhbəri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.