03.04.2018 Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçiriləcək

06 aprel 2018-ci il tarixində saat 10:00-da Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçiriləcək. Seminarın mövzusu "Orion dumanlığı proplidlərinin səthi fotometriyası: Metodik hissə" (f.-r.e.d., prof.N.Z.İsmayılov, G.B.Məmmədxanova ), seminarın rəhbəri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.