09.01.2018 Rəsədxana 2017/2018-ci tədris ili üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dok-

torantura və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər AMEA Şamaxı Astrofizika Rəsədxanasının Təhsil şöbəsinə təqdim edilməlidir.

 

Doktorantura  üçün tələb olunan sənədlər:

- elmi müəssisənin direktorunun adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil

almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantura üçün tələb olunan sənədlər :

- ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə)

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil

almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlər 26 yanvar 2018-ci il tarixinədək qəbul edilir.

Əlavə məlumat üçün N.Tusi adına Şamaxı Astrofizika  Rəsədxanasının Təhsil şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonları: (+994 50) 242 42 00, e-mail: pashaakhmedov87@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.