26.10.2017 Rəsədxananın Elmi Şurasının növbəti iclası keçiriləcək

01 noyabr 2017-ci il tarixində saat 1100-da (Rəsədxana seminarından sonra) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

   

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

GÜNDƏLİKDƏKİ MƏSƏLƏLƏR:

 1.  Azərbaycan Gənc Alimlərinin I Qurultayına rəy və təkliflərin hazırlanması barədə;

 2.  2018-2019-cu tədris ilində AMEA ŞAR magistrantları üçün təklif olunacaq dissertasiya mövzularının

      adlarının müzakirəsi;

 3.  ŞAR-ın şöbələrində çalışan elmi işçilər və kiçik elmi işçilərin elmi fəaliyyətləri haqqında şöbə müdir-

      lərinin (v.i.e.) məlumatları;

 4.  F.-r.ü.f.d. Caməmməd Rüstəmovun Avstriya Respublikasına ezamiyyətə göndərilməsi barədə;

 5.  ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin böyük elmi işçisi, astr.ü.f.d.

      Həmayıl Nadir qızı Adıgözəlzadəyə dosent elmi adının verilməsi barədə;

 6.  Xarici ezamiyyətlər barədə hesabatlar:

  -      F.-r.ü.f.d. Sabir Əliyev (Rusiya Federasiyasına); 

  -      Astr.ü.f.d. Həmayil Adıgözəlzadə (Litva Respublikasına, Rusiya Federasiyasına);

 7.  Cari məsələlər.

Elmi Şura üzvlərinin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.