09.04.2021 Bakı Dövlət Universiteti ilə Şamaxı Astrofizika Rəsədxanasının birgə onlayn elmi seminarı keçirilicək

15 aprel 2021-ci il tarixində saat 11:00-da Bakı Dövlət Universiteti (BDU) Fizika fakültəsi “Astrofizika”, “Nəzəri fizika” kafedralarının və AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) birgə elmi seminarı keçiriləcək.

Seminarda “Astrofizika” kafedrasının elmlər doktoru üzrə doktorantı Səmədov Zahir Ağamurad oğlunun 2108.01 Astrofizika, ulduz astronomiyası ixtisası üzrə elmlər doktoru elmi dərəcə almaq üçün “A G  spektral sinifli ulduzlarin fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.

Arzu edənlər iştirak edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.