13.08.2017 "Kainatdakı partlayışlar robotların gözü ilə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

14-18 avqust 2017-ci il tarixlərində Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Robotlaşdırılmış Ümumdünya Teleskoplar Şəbəkəsinin (MASTER) 15 illiyinə həsr olunan "Kainatdakı partlayışlar robotların gözü ilə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və başqa ölkə alimlərinin də qatıldığı konfransda Azərbaycanı AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direkror müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov və aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Nazim Hüseynov təmsil edəcək.

Konfrans barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar:

master.sai.msu.ru/ru/master2017/ , master.sai.msu.ru/en/master2017/program

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.